Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

İranın Şanxay Əməkdaşlıq Təşkilatındakı statusu artırılacaq

“İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrin müsbət nəticələnməsi üçün heç bir maneə yoxdur”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. O, yekun nüvə razılaşmasından sonra İranın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) statusunun artırılacağını bildirib:

“İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrin müsbət nəticələnməsi üçün heç bir maneə yoxdur. Təbii ki, müzakirələrə qatılan bütün tərəflər Lozannada (İsveçrə) qəbul olunmuş ilkin razılaşmaya tam əməl etməlidirlər. 2005-ci ildən bu yana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətində müşahidəçi ölkə kimi aktiv iştirak edən İranın müraciətini araşdırdıq. Nüvə müzakirələri barədə yekun razılaşmadan sonra İranın ŞƏT-dəki statusu artırılacaq”.
601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42