Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

FIFA-nın sabiq vitse-prezidenti Blatteri ifşa edəcəyinə söz verib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) sabiq vitse-prezidenti Cek Uorner bildirib ki, əlində təşkilatın maliyyə fəaliyyəti ilə bağlı sənədlər var. Bu barədə Trend "İnterfaks" agentliyinə istinadən xəbər verir.

C.Uorner qeyd edib ki, 2010-cu il Trinidad və Tabaqoda keçirilən milli seçkilər ilə FIFA məmurları və prezidenti Yozef Blatterin əlaqələrini təsdiqləyən sənədləri təqdim edəcək: "Girdiyim yoldan dönə bilmərəm. Bu günün gec-tez gələcəyindən ehtiyat edərək susurdum. Daha belə etməyəcəyəm. Əslində, həyatıma görə qorxuram. Bu informasiyanı daha əvvəl açıqlamadığım üçün üzr istəyirəm. Ölüm belə yaxınlaşan qar uçqununun qarşısını ala bilməz. Blatter niyə məğlub olduğunu bilir".
719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber