Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

İraqda İŞİD-in partlayıcı maddə anbarı vurulub

İraqın Kərkük əyalətinin əl-Havica şəhərində "İslam Dövləti "(İŞİD) terror təşkilatının partlayıcı maddələrin saxlanıldığı və maşınların minalandığı obyekti vurulub.

"Sumaria" agentliyinin verdiyi xəbərə görə, hava zərbələri nəticəsində anbarda güclü partlayış baş verib. Ətrafda yerləşən dörd məhəllədəki obyektlər və evlər dağılıb.

Mənbə burada İŞİD-in 100-ə yaxın silahlısının öldüyünü, yüzlərlə digərinin yaralandığını bildirib.

"Al Jazeera" televiziya kanalı burada ölənlərin əksəriyyətinin mülki vətəndaşlar olduğunu xəbər verib.

İŞİD-in Kərkük və Səlahəddin əyalətlərinə hücumlarının çoxunu bu bölgədən başladığı deyilir./SalamNews/
645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı