Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2015

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Bismillah. Salamun aleykum. Hər surənin başlanğıcındakı Bismilləhir Rəhmanir Rəhim o surənin 1-ci ayəsi sayılır? Yoxsa onu zikr eləmək təkidli müstəhəbdi? Yəni ona əsasən əgər Bismilləh surənin 1 ayəsidi o halda Kövsər surəsi 4 ayə sayılır? Allah sizdən razı olsun.
Bismillahir-rəhmanir-rəhim.

Cavab:

Əleykumus-salam.

Şiə alimləri arasında “Bismillah” cümləsinin “Həmd” və sair surələrin tərkib hissəsi olması barədə heç bir ixtilaf gözə dəymir. “Bismillahın Quran surələrində yazılması bu məsələnin sübutu üçün canlı bir şahiddir. Çünki, bildiyimiz kimi, Quranın mətninə Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) dövründən indiyə qədər heç nə artırılmamış və heç nə dəyişilməmişdir.
İmam Sadiqin (ə) dostlarından olan Müaviyət ibni Əmmar deyir: İmamdan soruşdum ki, namaz qılmaq istəyəndə “Həmd” surəsini qurtardıqdan sonra növbəti surəni başlayanda “Bismillahı deyimmi?” Buyurdu: “Bəli.
Sünnü alimlərindən olan Dar Qutni bir hədisdə səhih sənədlər əsasında nəql edir ki, bir nəfər İmam Əlidən (ə) soruşdu: “Səbül-məsani” nə deməkdir?
Həzrət buyurdu: O, “Həmd” surəsidir. Kişi yenə soruşdu: “Həmd surəsi altı ayə deyildirmi?” İmam buyurdu: “Bismillahir-rəhmanir-rəhim” də o ayələrdən biridir.
Bundan əlavə, müsəlmanlar həmişə Quranı tilavət edəndə “Bismillahı hər surənin əvvəlində oxuyurdular. Təvatür əsasında isbat olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v) də onu hər surənin əvvəlində tilavət edirdi.
Bir rəvayətdə nəql olunmuşdur ki, Əmirəlmöminindən (ə) soruşdular: “Bismillahir-rəhmanir-rəhim” “Fatihə” surəsinin tərkib hissəsidirmi? Həzrət buyurdu: Bəli, Rəsuli-əkrəm onu qiraət edirdi və onu “Fatihə” surəsinin bir hissəsi sayır və buyururdu ki, “Fatihətul-kitab” “Səb-ül-məsani”dir və yeddi ayədir.
Bismillah surənin tərkib hissəsi olmağına baxmayaraq surəyə tabe deyil, ümumidir. Ondan sonra hər surə oxunarsa ona tabe olar.
Bəzi əhli sünnət alimləri Bismillahı heç bir surənin cüzü və hissəsi bilmirlər. Əlbətdə əhli sünnət alimləri arasında bu barədə çoxlu ixtilaf var.
Allah sizə yar olsun.
942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı