Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

ABŞ Rusiyaya hədə-qorxu gəldi

Rusiya və separatçılar Ukraynada gərginliyi artıracağı təqdirdə ABŞ arsenalındakı əlavə vasitələrdən istifadə edəcək. “TASS”ın verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Ben Rods bildirib.

O həmçinin Vaşinqtonun son iki gün ərzində Ukraynanın şərqində zorakılığın artmasından narahat olduğunu qeyd edib. “Biz təmas xəttindən geri çəkilməli olan ağır hərbi texnikalarının istifadəsi hallarını qeydə alırıq”, deyə Rods vurğulayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirəcəyinə əmin olduğunu bildirib./apa/
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34