Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Sumqayıtda qarşıdurma böyüyür

Vətəndaşlar əlaqədar qurumların fəaliyyətsizliyindən şikayətçidir

Sumqayıtın 11-ci mikrorayon ərazisində vətəndaşlarla iş adamı arasındakı qarşıdurma davam edir. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, buna səbəb söküntü prosesinin dayandırılmamasıdır: “Sumqayıtın 11-ci mikrorayon ərazisində yerli sakinlərə məxsus onlarla “qaraj” və yardımçı təsərrüfatın naməlum iş adamı tərəfindən heç bir kompensasiya ödənilmədən sökülməsi ciddi narazılığa səbəb olub. Bir müddət bundan öncə baş verən özbaşınalıqla bağlı başda Sumqayıt Şəhər İcra Hakimiyyəti olmaqla bütün əlaqədar qurumları məlumatlandıran sakinlər, hələ də heç bir dövlət orqanından bununla bağlı rəsmi cavab almış deyil. Məhz bu səbəbdən də iş adamının qeyri-qanuni davranışlarına qarşı öz imkanları çərçivəsində mübariuzə aparmaq məcburiyətində qalan vətəndaşlar, sözügedən iş adamını xüsusi mülkiyyətə qəsd etdiyi üçün məhkəməyə verməyi planlaşdırır. Sakinlərin sözlərinə görə, problem həll ediləndən sonra vətəndaş müraciətini cavabsız qoyduğu, öz vəzifə borcunu yeriinə yetirmədiyi üçün digər dövlət qurumlarının əlaqədar yetkililərinə qarşı da məhkəmə iddiası qaldırılacaq və həmin şəxslərin qanunla cəzalandırılması tələb ediləcək”.
1762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...