Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Həsən Ruhani Türkiyəni hədələdi

İran İslam Respublikasının prezidenti Həsən Ruhani növbəti dəfə Suriya hökumətini dəstəkləyən açıqlama verib. Ruhani Suriyada terrorçu qruplardan istifadə etməyə çalışanların terrorun hədəfi olacağını da bildirib: «Təəssüf ki, bölgədəki bəzi ölkələr səhv addım atırlar. Öz maraqları naminə terrorçu qruplardan istifadə edə biləcəklərini düşünürlər. Amma gec və ya tez terror onlara da yol tapacaq». Türkiyə mətbuatının yazıdığına görə, Ruhani bu açıqlamasında rəsmi Ankaranı nəzərdə tutub.

Ruhani Tehranın öz imkanları daxilində Suriyaya dəstəyini davam etdirəcəyini də deyib: «Tehran Suriya qarşısındakı məsuliyyətini unutmayıb».

Qeyd edək ki, Suriya dövlətinə qarşı vuruşan terrorçu qrupları dəstəkləyənlər arasında Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə də var.
681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
20.01.17,