Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

“Avropa Oyunları Azərbaycana çox baha başa gəlib”

BBC Avropa Oyunları fonunda Azərbaycandakı acınacaqlı vəziyyət barədə geniş material yayımlayıb

«Azərbaycanın milyardlarla dollarlıq Avropa Oyunlarına ev sahibliyi etməsinin arxasındakı motivlər aydındır»

BBC yaxın günlərdə Bakıda keçiriləcək Avropa Oyunları fonunda Azərbaycanda insan haqlarının vəziyyəti, repressiyalardan bəhs edən geniş həcmli material yayımlayıb. BBC-nin Cənubi Qafqaz üzrə müxbiri Rayhan Demitri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovdan sitat gətirir (“Avropa Oyunlarından sonra dünyanın bütün insanları Azərbaycanın Avropada olduğunu biləcəklər”) və ardınca da əlavə edir ki, Azərbaycanın milyardlarla dollarlıq Avropa Oyunlarına ev sahibliyi etməsinin arxasındakı motivlər nazirə tam aydındır.
Qeyd olunur olunur ki, Azərbaycanın Avropa Oyunlarının təşkilinə çəkdiyi xərc rəsmi məlumatlarda göstərildiyindən qat-qat çoxdur: “Bakının yenicə tikilmiş idman obyektlərində idmanın 20 növü üzrə 6000 avropalının mübarizə aparacağı bu turnir rəsmi məlumatlara görə, Azərbaycana 1 milyard 200 milyon dollara başa gələcək.
Lakin real rəqəm bundan əhəmiyyətli dərəcədə yüksək olar. Nəzərə almaq lazımdır ki, təkcə Olimpiya stadionunun tikintisi 600 milyon dollara başa gəlib. Bundan əlavə, Su idmanı və atıcılıq mərkəzləri, Gimnastika mərkəzi, Idman şəhərciyi, triatlon, basketbol və başqa idman növləri üçün müxtəlif müvəqqəti obyektlər də tikilib. Üstəlik, Azərbaycan bütün idmançıların səfər və qalmaq da daxil olmaqla, bütün xərclərini də öz üzərinə götürüb. Bu əliaçıqlıq kampaniyasını daha mükəmməl bir tərzdə tamamlamaq üçün Nəqliyyat Nazirliyi elan edib ki, bütün iştirakçılar turnir keçirildiyi günlərdə şəhərdəki “London taksiləri”ndən pulsuz istifadə edəcəklər".
Müəllif mayın 19-da Bakıda baş vermiş bina yanğını və əhalinin hökumətə etirazına da diqqət çəkib: “Yanğına sosial mediada verilən acıqlı reaksiya azərbaycanlıların səbrinin tükəndiyinin göstəricisidir. Həmin yanğında 15 nəfər həlak olmuş, onlarla adam xəsarət almışdı. Həmin günlərdə internetdə hökumətin Avropa Oyunları aludəçiliyini məsxərəyə qoyan karikaturalar yayıldı. Adamlar hökumətin əhalinin təhlükəsizliyindən daha çox zahiri bər-bəzəyə əhəmiyyət verməsini tənqid edirdilər. Bu karikaturalardan birində Bakının meri yanğın olan binanı göstərərək deyir: ”Ən böyük Olimpiya məşəlini mən yandırmışam".
Məqalədə Azərbaycan hakimiyyətinin onu tənqid edənləri həbsxanalara doldurmasından da bəhs olunur: “Bakıda 2012-ci ildə ”Eurovision" musiqi yarışması keçiriləndə hüquq müdafiəçiləri bu tədbirdən diqqəti adamların zorla evlərindən çıxarılması, ölkədəki korrupsiya, söz və ifadə azadlığının pozulması hallarına cəlb etmək məqsədilə istifadə etmişdilər. Hüquq müdafiəçisi bu məqsədlə Rəsul Cəfərov “Demokratiya naminə oxu!” kampaniyasını təşkil etmişdi. O, Avropa Oyunları ərəfəsində də belə bir kampaniya keçirməyə hazırlaşırdı. Lakin həbs olundu və 6 il yarım azadlıqdan məhrum edildi.
Ümumiyyətlə, hökuməti açıq tənqid edənlərin demək olar ki, hamısı, o cümlədən hüquq müdafiəçiləri, vəkillər və jurnalistlər hazırda həbsxanadadır".
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə araşdırmaçısı Georgi Qoqia BBC-yə deyib ki, hökumət öz nəzərində ölkənin imicinə xələl gətirənləri susdurmaq üçün tənqidçiləri həbsxanaya salıb.
“Azərbaycanın ən görkəmli təhqiqatçı jurnalisti Xədicə Ismayılova 2014-cü ilin dekabrından həbsdədir.
Lakin onun həbsi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (Organised Crime and Corruption Reporting Procect - OCCRP) üzrə həmkarlarını Azərbaycanın hakim ailəsinin biznes fəaliyyətilə bağlı Xədicənin araşdırmalarını davam etdirməkdən çəkindirməyib.
Lakin Azərbaycanda müstəqil jurnalistlərin sıraları seyrəldikcə, azərbaycanlıların çox az hissəsi yüksək səviyyəli korrupsiya barədə məlumat ala bilir", - deyə müəllif qeyd edir./azadlıq/
681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11