Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Çindən misli görünməmiş kiberhücum

FTB ABŞ-da federal qurumlardan birində kibertəhlükəsizliyin pozulması insidentinin istintaqına başlayıb.

"Reuters" xəbər verir ki, quruma kibermüdaxilə nəticəsində 4 milyon keçmiş və hazırki ABŞ federal məmurları haqqında məlumatlar sızıb.

Agentlik qeyd edir ki, haker hücumu Çindən gələ bilər.

"Associated Press"in əldə etdiyi məlumata görə isə Obama administrasiyası qurumun bazasının sındırılması nəticəsində ziyanı müəyyənləşdirməyə çalışır. Agentliyin konqresdə olan anonim mənbəsinin dediyinə görə, ABŞ federal hakimiyyətinin personal üzrə məlumatları idarəetmə mərkəzinə kibermüdaxilə olub. Mənbə qeyd edir ki, sistemə kənar giriş ABŞ federal qurumlarının hamısının işinə təsir edə bilər.

O da qeyd olunur ki, Ağ ev yaxın zamanda kibermüdaxilə barədə rəsmi açıqlama yaymaq fikrindədir./ans/
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
Go to TOP