Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Xavi göz yaşınl saxlaya bilmədi

"Barselona"dan ayrılmağa hazırlaşan Xavi Hernandes üçün vida mərasimi keçirilib. Karyerasını Kataloniya klubunda keçirən ulduz futbolçu göz yaşları içində vidalaşıb.

"Barselona"da 24 il keçirən Xavi Çempionlar Liqasının finalından sonra sevili komandası ilə vidalaşaraq Qətərin "Əl-Saad" klubuna keçəcək. Vida mərasiminə futbolçular, klub rəhbərliyi, məşqçilər, baş məşqçi Luis Enrike, "Barselona"nın əfsanəsi Yohan Kruyff və başqaları qatılıb.

Həmçinin onu əsas komandaya gətirən "Mançester Yunayted"in hazırkı baş məşqçisi Lui van Qaal da video bağlantı vasitəsi ilə mərasimə qoşulub. Olduqca duyğusal davranan futbolçu mərasim boyu dəfələrlə göz yaşlarına hakim ola bilməyib.
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16