Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Hizbullah Suriyanın iki strateji məntəqəsini İŞİD-dən təmizlədi

Əl-Məyadin televiziyasının verdiyi xəbərə görə, Suriya-Livan sərhəddinin Arsal ətəklərindəki əməliyyatlarını davam etdirən Hizbullah, regionun strateji əhəmiyyətə malik Əd-Dərb keçid dəhlizində tamamilə nəzarəti ələ alıb.

Sputnik-in verdiyi xəbərə görə, Əl-Məyadin televiziyası, Arsalın qərbində yerləşən Əd-Dərb dəhlizi ilə yanaşı Rəhva keçid dəhlizinin də tamamilə Hizbullah qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb.

Əl-Mənar televiziyası da Hizbullahın bu əməliyyatlarına dair görüntülərini efirə verib.

Hizbullah qüvvələrinin bu iki dəhlizi nəzarətə götürməsindən sonra Rəhvaya doğru getdikləri bildirilir.

Suriyadakı təkfirçi terrorçuların Livana keçid məntəqəsi kimi tanınan Arsal və Qaləmunda Hizbullah və Suriya ordusunun terrorçulara qarşı birgə əməliyyatlar keçirdiyi vurğulanıb./deyerler/
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber