Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Hacı İbrahimin şirkətində işçilər üsyana qalxdı

Azərbaycan Beynəlxalq Bankın kredit qalmaqalı ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinəyatkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan və bir neçə gündən sonra götürdüyü kreditin ödənməsini geçikdirdiyi faizlərinin bir hissəsini qaytardıqdan sonra azadlığa buraxılan iş adamı Hacı İbrahim Nehrəmlinin şirkətində gərgin vəziyyət yaranıb. Bank kreditlərindən əli üzülən “Avesta Konserni”MMC-nin prezidenti Hacı İbrahim Nehrəmli artıq 4 aydır ki, işçilərinin əmək haqqını verə bilmir. Bu isə “Avesta Konserni”MMC-nin işçilərini öz haqqlarını almaq üçün müxtəlif üsullara əl atmağa vadar edir.

Belə ki, bu şirkətin mühasibi Səbirə Sadıqova əmək haqqını ala bilmədiyinə görə yotebde video müraciət yayaraq Hacı İbrahim Nehrəmlidən 3 aylıq əmək haqqını tələb edib. Hacı İbrahim Nehrəmli isə mediaya açıqlamasında şikayətçinin tələblərini təmin etdiyini qeyd edib. Lakin Səbirə Sadıqova iş yoldaşlarının da əmək haqqalrı ödənilməyənə qədər yayımladığı videonu yığışdırmaqdan imtina edib.

Redaksiyamıza sızan məlumata görə, Hacı İbrahim Nehrəmliyə məxsus şirkətlərin, ö cümlədən də “Avesta Konserni” MMC-nin əməkdaşları ala bilmədikləri bir neçə aylıq əmək haqqına görə müxtəlif tədbirlərə əl atmağa hazırlaşırlar. Bu məqsədlə işçilər arasında yaradıan təşkilat komitəsi müxtəlif tədbirlər keçirmək niyyətindədir. Əgər həftənin sonuna kimi maaşları tam ödənilməsə təşkilat komitəsi Prezident Adminstrasiyasna yürüş etməyi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və ölkədə akreditə olunmuş diplomatik nümayəndəliklərə müraciətlər etməyi planlaşdırır.

Məlumatda qeyd olunur ki, işçilər tələblərinin həyata keçirilmədiyi təqdirdə Hacı İbrahim Nehrəmli haqqında şok faktlar açıqlayacaqlar. Qeyd olunur ki, bu faktlar açıqlanacağı tərzdə Hacı İbrahim Nehrəmlinin çox ilginc əməllərinin və onunla iş birliyində olan nüfuzlu şəxslərin bir çox qanunsuz əməlləri haqqında ölkə ictimaiyyəti hər şeyi biləcək./azadlıq/
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:36