Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Donetskdə azərbaycanlı biznesmen öldürülüb

Ukraynanın Donetsk vilayətində bir azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən öldürülüb, digəri isə yaralanıb.

İş adamı, Ukrayna vətəndaşı, 42 yaşlı Talıb Tağıyevin avtomobili ötən həftənin sonunda Donetsk şəhərinin kənarında naməlum şəxslər tərəfindən gülləbaran edilib, nəticədə o, yerindəcə keçinib.

Bundan iki gün sonra isə digər iş adamı, Ukrayna vətəndaşı 55 yaşlı Said Səmədov Donetsk şəhərindəki kafelərin birindən çıxarkən naməlum avtomobildəki şəxs tərəfindən güllələnərək ağır yaralanıb. O, hazırda Donetsk vilayətindəki xəstəxanaların birindədir, vəziyyətinin normal olduğu bildirilir.

Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları araşdırma aparır./apa/
466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52
Suri