Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

Türkiyədə mitinqdə iki partlayış: 2 ölü, 100 yaralı

Türkiyənin Diyarbakır şəhərində HDP (Xalqların Demokratik Partiyası) nümayişində bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

“Anadolu” xəbər agentliyinin verdiyi xəbərə görə, partlayışlardan dərhal sonra HDP-nin nümayişi dayandırılıb.

Türkiyə baş naziri Əhməd Davudoğlu insidentin səbəbinin araşdırılacağını və hücum olduğu təqdirdə günahkarların tapılacağını bəyan edib. Baş nazir həmçinin Türkiyə vətəndaşlarını, xüsusilə də Diyarbakır sakinlərini hər cür təxribata uymamağa çağırıb.

Qeyd edək ki, ilk partlayış Diyarbakır şəhərinin “İstasyon” meydanında yerli vaxtla 17:50-də baş verib. İlk əvvəl partlayışın yol kənarındakı transformatorla əlaqədar olduğu elan edilsə də, sonradan bu versiya təsdiqini tapmayıb və nümayiş meydanından 60 metr kənardakı zibil qutusundan qaynaqlandığı bəyan edilib. 5 dəqiqə sonra isə nümayiş meydanı yaxınlığında yerləşən transformatorda daha güclü partlayış baş verib və çox sayda insan yaralanıb. İnsident nəticəsində yaralananlardan vəziyyəti ağır olan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb./apa/
530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı