Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

ABŞ konsulluğunda qorxulu anlar

Türkiyənin İstanbul şəhərindəki ABŞ konsulluğunun qapısının önünə atıaln şübhəli bağlama həyəcana səbəb olub. “İHA”nın verdiyi məlumata görə, hadisədən sonra konsulluğun binası təxliyyə olunub, yaxınlıqda olan küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bildirilir ki, ABŞ konsulluğuna gedən Mövlüd T. adlı şəxs azan oxunması ilə əlindəki bağlamanı konsulluq binasının qapısında qoyaraq cümə namazına gedib. Təhlükəsizlik xidmətinin bağlamanı görməsi ilə hadisə yerinə partlayıcıların zərərsizləşdirilməsi üzrə mütəxəssis cəlb olunub və bina təxliyyə olunub.

Mütəxəssislər bağlamanı incələməyə başladığı vaxt Mövlüd T. məsciddən qayıdıb, bağlamanın özünə aid olduğunu və içində yeni aldığı notebook olduğunu bildirib.

Söylədikləri öz təsdiqini tapdıqdan sonra Mövlüd T. ifadəsi alınmaq üçün Sarıyer rayon polis bölməsinə aparılıb.

Konsulluq əməkdaşları isə yenidən binaya qayıdıblar./ans/
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10