Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

Xədicə İsmayıl ilə Leyla Yunusun istintaqı niyə yubadılır?

Mehman Əliyev: «Məhkəmələrin müddətinin uzadılması hakimiyyətin Qərblə siyasi alver predmetinə çevrilib»

Jurnalist Xədicə Ismayıl artıq altı aydır ki, həbsdədir. X.Ismayıl hakim ailə ilə bağlı korrupsiya faktlarını açıqladığına görə 2014-cü il dekabrın 5-də saxta ittihamla həbs olunub. Onun işi üzrə məhkəmənin başlanma vaxtı indiyədək açıqlanmayıb. Jurnalisti 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Eyni aqibətlə hüquq müdafiəçiləri Leyla və Arif Yunus da üzləşib. Hər iki şəxs bir ilə yaxındır həbs olunmalarına baxmayaraq barələrində heç bir istintaq tədbiri görülmür. Bunu onların hüquqlarını müdafiə edən vəkillər də təsdiqləyir. Görünən odur ki, hakimiyyət bu məhkəmələrin müddətini uzatmaqla özünün tam ifşa olunmasını ertələmək istəyir. Çünki ötən müddət ərzində Anar Məmmədlinin, Intiqam Əliyevin, Rəsul Cəfərovun, Murad Ədilovun məhkəmələri hakimiyyəti çıxılmaz duruma saldı. Çünki məhkəmə proseslərində irəli sürülən gülünc ittihamların sübut olunmaması, əksinə, ittihamçı tərəfin gülünc duruma düşməsi vəziyyəti bir qədər də qəlizləşdirdi.

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, istər Leyla və Arif Yunusun, istərsə də X.Ismayılın məhkəmə tarixlərinin məlum olmaması təsadüfi deyil. M.Əliyev hesab edir ki, hakimiyyətin bu təşəbbüsü Qərbə mesaj kimi dəyərləndirilməlidir: “Məhkəmələrin müddətinin uzadılması hakimiyyətin Qərblə siyasi alver predmetinə çevrilib. Hakimiyyət öz siyasi məqsədlərinə nail olmaq üçün demokratiya ilə bağlı tələblərin daha çox gəldiyi ABŞ-ın rəğbətini qazanmağa çalışır. Hakimiyyət Qərbi siyasətinin girovuna çevirməyə çalışır”./azadlıq/
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi