Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

"Əl-Qaidə" ABŞ, Ərəbistan və Pakistanın məhsuludur ki, bir qismi İŞİD-ə çevrilib

İki il əvvələ qədər İŞİD "əl-Qaidə"yə tabe idi. Əbu-Bəkr əl-Bağdadiyə beyət etdikdən sonra ondan ayrıldı. Bütün dünya aşkar şəkildə bilir ki, "əl-Qaidə"nin əsasını qoyan ABŞ, Səudiyyə Ərəbistanı və Pakistan kəşfiyyatıdır.

"Al Mayadeen"nin verdiyi xəbərə görə, bunu "Hizbullah" lideri Həsən Nəsrullah bildirib.

H.Nəsrullah "Hizbullah"ın Livan-Suriya sərhədlərində apardığı əməliyyatlardan danışıb. O, Hərəkatın səfərbərlik elan etməyi xəbərini təkzib edib.

Hərəkat lideri çıxışında İsraili hədələyib və Təl-Əviv qüvvələrinin hücum edəcəyi halda, cavab olaraq, milyonlara İsrail vətəndaşının qaçqın vəziyyətinə düşəcəyini bildirib.

H.Nəsrullah Yəmən münaqişəsinə də toxunub. O, Səudiyyə Ərəbistanının bu ölkəyə hücumunun 72-ci günə daxil olduğunu və bunun indiyədək qətl və dağıntıdan başqa heç bir nəticə vermədiyini bəyan edib./SalamNews/
589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24