Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

Səudiyyənin 5 hərbçisi məhv edilib

Yəmən ordusu və Husilər Səudiyyə Ərəbistanının Cazan və Nəcran şəhərləri istiqamətində irimiqyaslı cavab hücumu həyata keçirib.

SalamNews-un "Al Arabia"ya istinadla verdiyi xəbərə görə, dünən axşamdan etibarən başlayan hücumda Cazanda dörd, Nəcranda isə bir hərbçi ölüb.

Hücum Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin milli qvardiyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bu, Yəmən ordusunun bu şəkildə irimiqyaslı cavab hücumu həyata keçirdiyi ilk haldır.

Səudiyyə Ərəbistanının Yəmən ərazilərinə hava zərbələri ötən gün də davam edib. Həcca əyalətində benzindoldurma məntəqəsi vurulub, burada 10 yəmənli həlak olub.

"The Guardian"ın yazdığına görə, Səudiyyə Ərəbistanının Yəməni dəniz, hava və qurudan mühasirəyə almağı ölkə əhalisinin 80%-ni yardıma möhtac edib.
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP