Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

Putin: Rusiya NATO və ABŞ-ın hədələrinə reaksiya verməyə məcburdur

Rusiya preizdenti Vladimir Putin bəyan edib ki, Rusiya NATO və ABŞ-ın hədələrinə reaksiya verməlidir.

Bu barədə RİA Novosti xəbər verir.

"Rusiya heç kim ilə münaqişə tonunda danışmır, və keçmiş siyasi xadimlərdən biri Otto fon Bismarkın dediyi kimi belə məsələlərdə "söhbətlər deyil, potensial vacibdir", - Putin "Il Corriere della Sera" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Bizim elədiyimiz hər şey - ünvanımıza səslənən təhdidlərə cavabdır. Biz bunu Rusiyanın təhlükəsizliyini təmin edəcək dərəcədə məhdud həcm və miqyasda edirik", prezident qeyd edib.

Putinin sözlərinə görə, ABŞ birtərəfli qaydada və birinci RƏM müqaviləsini tərk edib. ABŞ-ın hərbi xərcləri bütün dünya ölkələrinin ümumi hərbi xərclərindən çoxdur, NATO ölkələrinin ümumi xərcləri isə Rusiya Federasiyasının hərbi xərclərindən 10 dəfə artıqdır. Rusiya həmçinin ABŞ-dan fərqli olaraq demək olar ki, xaricdə hərbi bazalara malik deyil.

Rusiya prezidenti bildirib ki, Amerika sualtı gəmiləri Norveç sahillərində növbətçiliyə davam edirlər, raketlərin Moskvaya qədər məsafə qət etmə müddəti isə 17 dəqiqədir.

"Biz isə Kubada belə strtateji əhəmiyyəti olmayan bazaları ləğv etmişik. Və siz bizə təcavüzkarcasına davrandığımızı deyirsiniz? Siz özününz NATO-nu şərqə doğru genişlənməsini qeyd etdiniz. Amma biz heç bir yerə hərəkət etmirik - bu NATO-nun bizim sərhədlərə doğru irəliləyən infrastrukturudur, o cümlədən də hərbi infrastrukturdur. Bu bizim təcavüzümüzün təzahürüdür?", - prezident Putin qeyd edib.
575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45