Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

Salyanda 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdü

Salyan rayonunda odlu silahdan istifadə edilməklə törədilən və azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.

Bu faciə iyunun 5-də saat 20 radələrində Salyan rayonunun Düzənlik kəndində yaşanıb. 3 yaşlı oğlan 9 yaşlı qardaşı tərəfindən güllə ilə vurularaq öldürülüb.

Belə ki, kənd sakini Telman Məmmədovun Bakıda yaşayan oğlu Vüqar Məmmədov oğlanları - 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Telman Məmmədov təsərrüfatını ziyanvericilərdən qorumaq üçün evindəki köhnə ov tüfəngini həmişə atəşə hazır saxlayırmış. Böyüklərin nəzərindən yayınan 9 yaşlı Rəmzi babasının ov tüfəngini götürərək 3 yaşlı qardaşı ilə oynamaq istədikdə ehtiyatsızlıqdan atəş açılıb. Güllə uşağın baş nahiyəsindən dəyib. Azyaşlı yerindəcə keçinib./virtualaz/
960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP