Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

96 Taliban üzvü öldürülüb

Əfqanıstanın müxtəlif bölgələrində ölkənin hüquq mühafizə orqanları tərəfindən keçirilən 24 saatlıq əməliyyatlar nəticəsində 96 Taliban üzvü öldürülüb.

Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, ölənlərlə yanaşı 61 Taliban döyüşçüsü yaralanıb, 4-ü isə ələ keçirilib. Bundan başqa, əfqan polisinin paytaxt Kabil başda olmaqla, ölkənin bir çox yerlərində yol kənarlarına yerləşdirilən 28 bombanı zərərsizləşdirdiyi də qeyd edilib. Taliban sözçüsü Zabiullah Mücahed isə nazirliyin yaydığı məlumatın həqiqəti əks etdirmədiyini, ölkə ərazisində təşkil etdikləri hücumlarda onlarla əfqan polis və əsgərinin öldürüldüyünü iddia edib.
607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00