Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

Putin: «Rusiyadan qorxmağa dəyməz»

«Rusiyanın NATO ölkələrinə hücum edəcəyini ancaq xəstə adam düşünə bilər»

«Rusiyanın NATO ölkələrinə hücum edəcəyini ancaq sağlam olmayan insan təsəvvür edə bilər. Özü də yuxuda». Bunu Rusiya prezidenti Vladimir Putin İtaliya mətbuatına müsahibəsində deyib. Putinin sözlərinə görə, çoxları bu ad altında manipulyasiya etməyə çalışır: «Bəziləri ya hərbi, ya iqtisadi, ya maliyyə sahəsində yardım ala bilmək üçün belə bir rola girirlər. Ona görə də heç bir əsası olmayan bu ideyanı dəstəkləmək mənasızdır. Rusiyadan qorxmağa dəyməz. Dünya o qədər dəyişib ki, insanlar belə böyük miqyasda hərbi münaqişəni təsəvvür belə, etmirlər. Əmin edirəm, bizim görəcək başqa işlərimiz var».

Putinin sözlərinə görə, ABŞ Rusiya ilə ABŞ-ın yaxınlaşmasını istəmir və atlantik məkanda liderliyini qorumaq istəyir. Bunun üçün də ona daxili təhdid lazımdır: «Mən bilmirəm bunu qəsdən edirlər, ya yox. Amma biz eləmirik».

Qeyd edək ki, bundan əvvəl Rusiya müdafiə nazirinin müavini

Anatoli Antonov bildirmişdi ki, rəsmi Moskva NATO-nun raket əleyhinə müdafiə vasitələrini gücləndirməsinə qarşı cavab addımları atmalı olacaq.
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...