Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2015

07 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyunun 07-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında
İyunun 07-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber