Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2015

Sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 406-ya çatdı

Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 406-ya çatıb, daha 36 nəfər isə itkin düşmüş hesab edilir.

“TASS”-ın verdiyi məlumata görə, qəza qurbanlarından ən kiçiyinin 3 yaşlı qız, ən yaşlısının isə 80 yaşlı kişi olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasedici əməliyyat nəticəsində 14 nəfər xilas edilib. İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə qaldırılıb.

Qeyd edək ki, Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində ümumilikdı 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib.


İyunun 7-də gəminin yaxınlığında qurbanların yaxınlarının və xilasedicilərin iştirakı ilə anım mərasimi keçiriləcək.
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı