Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2015

Türkiyə mətbuatında yeni ifşa!

Nur-az.com shia-news.com-a istinadən:
Türkiyənin «Cümhuriyyət» qəzeti son nəşrində Türkiyə Dövlət Kəşfiyyat Agentliyinin 2014-cü il 9 yanvarında ölkənin cənub-qərbindəki Rihanlı koridorundan gizli surətdə iki avtobusla silahlı dəstələrin Suriya ərazisinə ötürdüyü haqda məlumat yayıb. Xəbərdə hətta onların sərhəd zonasında təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı və axtarış zamanı nəqliyyat vasitələrinin daxilindən silah-sursatın kəşfi barədə fotoşəkil də, dərc edilib. Bütün bunlarla rəğmən, məmurlara bu qüvvələrin qaçqın düşən Suriya vətəndaşları olduqları və Dövlət Kəşfiyyat Agentliyi tərəfindən geri qaytarıldıqları haqda izahat verilib.
Qəzet keçən həftə də, buna bənzər digər məlumatda ötən ilin həmin ayında təhlükəsizlik qüvvələrinin Suriya ilə sərhədyanı bölgələrdən birində insan hüquqlarının müdafiəsi komitəsinə mənsub böyük yük maşınlarından dәrman mәmulatları qutularında güllə daşındığını kәşf etdiyi barədə xәbәr yaymışdı.
Verilən faktlar göstərir ki, Türkiyə Kәşfiyyat Agentliyi müxtəlif nәqliyyat vasitələri ilә Suriyada fәaliyyәt göstərən radikal qrupların silahlandırılmasında mühüm rol oynayır.


افشاگری‌های جدید روزنامه ترکیه‌‌ای + تصویر

افشاگری‌های جدید روزنامه ترکیه‌‌ای + تصویر

1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber