Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2015

"Sədərək"də üsyan gözlənilir

Bir neçə gündür ki, Bakının ən iri ticarət obyektlərindən olan "Sədərək" bazarında gərginlik yaşanır. Bu barədə İstiqlal.az-a sözügedən bazarda işləyən sahibkarlar məlumat verib.

Onların sözlərinə görə, gərginliyin kökündə bazar rəhbərliyinin icarə haqlarından əlavə pul yığmasıdır. Bildirilir ki, bu pul Avropa Oyunlarına görə yığılır. "Avropa Oyunları ilə əlaqədar artıq bir həftədir ki, iş dayanıb. Bazara gediş-gəlişin məhdudlaşdırılması müştərilərin sayını əhəmiyyətli dərəcədə azaldıb. Bu baxımdan alver yoxdur. Amma bütüm bunlar bazar rəhbərliyini az maraqlandırır. Əslində bazar. rəhbərliyi də bunu özbaşına etmir. Bizdə olan məlumata görə onlardan külli miqdarda pul tələb olunur. Onlar da bu pulu bizdən çıxarmaq istəyir"- deyə sahibkarlar bildirir.
Onlar əlavə edib ki, artıq əsəbləri tarıma çəkilib: "Hər an gərginliyin üsyanla nəticələnə bilər. Çünki biz heç icarə haqqını verə bilmirik"./azadlıq/
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP