Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2015

Bakıda dəhşətli qəzanın təfərrüatları: 3 ölü, 19 yaralı

Bakının Sabunçu-Zabrat yolunda baş verən ağırdəhşətli qəzada 19 nəfər yaralanıb, 3 nəfər ölüb. Yaralılardan 12 nəfəri xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, bu gün Bakının Sabunçu-Zabrat yolunda “Shacman” markalı yük maşını 214 saylı “Daewoo” markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub.

"Avtobusu idarə edən sürücü Bayram şəhər istiqamətinə hərəkət edərkən qarşı tərəfdən iki “Shacman” markalı yük maşını gəlirmişlər. Yük maşınları ötüşürmüşlər. Onlar avtobusa yol verməyiblər, nə də sürəti azaltmayıblar. Avtobus sürücüsü nə qədər etsə də, qəza qaçılmaz olub", - deyə Vüqar İbrahimli bildirib.

Qeyd edək ki, qəza zamanı 2 nəfər hadisə yerində keçinib. Bir nəfər də yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır./ans/
623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber