Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2015

Məhbuslar tunellə qaçdı – 150 ildə ilk dəfə

ABŞ-ın Nyu York ştatının Klinton dairəsindəki xüsusilə təhlükəli cinayətkarlar üçün həbsxananın 150 illik tarixində ilk dəfə məhbus qaçışı baş verib.Qətl törətdiklərinə görə məhkum olunmuş 48 və 34 yaşındakı iki kişi 1865-ci ildə tikilmiş xüsusi mühafizə olunan həbsxanadan qaçmaq üçün elektrik avadanlığından istifadə ediblər.

"Nyu York Post" qəzetinin yazdığına görə, hazırda polis onların bu alətləri necə əldə edə bildiklərini araşdırır. Belə ki, məhbuslar həmin avadanlıqdan istifadə edərək polad boruları açıb və şəhərin kommunikasiya şəbəkəsi tuneli vasitəsi ilə qaçmağa nail olublar.

Ştatın qubernatoru Endryü Kyomo hadisə yerində olub. Məhbusların qaçışa hazırlıqla bağlı gördükləri işin miqyasından heyrətə gələn qubernator bu barədə sosial şəbəkədə yazıb və hətta Tvitterdə qaçış yerindən fotolar yerləşdirib. “Bu, həyata keçirilməsi çox mürəkkəb olan bir plan idi” - Endryü Kyomo yazır.
845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:39
0