Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Terrorçular arasında mübarizə böyüyür!

Suriyadakı qruplaşmalar bir-birlərini oğurluqda, qəsbkarlıqda, agentlikdə və xəyanətlə ittiham edirlər

Suriyada ordu qarşısında son aylarda strateji əhəmiyyətli bölgələri itirən və öz aralarında şiddətli qarşıdurmalar yaşayan müxaliflərin qanlı hesablaşmaları böyüyür.

Əsasən ölkənin şimal bölgələrinə sıxışan terrorçular ordunun ardıcıl hücumlarını dəf etmək və yenidən toplaşmaq üçün mövqeləri ələ keçirməyə fokuslanıblar. Xarici ölkələrdən edilən pul və texniki yardıma görə söz sahibi olmaq məqsədləri də onlar arasındakı qarşıdurmaları artıran əhəmiyyətli faktorlardan biridir.

Müxalif onlarla irili xırdalı qruplaşma dünənə qədər birlikdə hücumlar təşkil etdikləri Suriya Ordusu qarşısında ciddi şəkildə geri çəkilməyə başlayıblar. Hər ötən gün mövqe itirən qruplaşmalar ömürlərini uzadacaq hücumlar həyata keçirirlər.

Hələbin terrorçuların nəzarəti altında olan bölgələri ötən sentyabr ayından bəri İŞİD (İraq və Şam İslam Dövləti) ilə ASO-ya (Azad Suriya Ordusu) bağlı qruplaşmalar arasında artan qarşıdurma və edamlara şahidlik edir. Tərəflərə edilən sülh çağırışları və vasitəçilik cəhdləri nəticəsiz qalır.

Sentyabrın ortalarında Hələb şəhərinin Azez mahalındakı İŞİD və ASO-nun Şimal Fırtınası Briqadası arasında günlərlə davam edən qarşıdurmalardan sonra Şimal Fırtınası Briqadası tamamilə məhv edilib.

İŞİD hücumlarına ara vermədən ASO-nun digər qrupu olan Guraba Şam Briqadasının lideri Həsən Cezra ilə şəbəkənin 6 üzvünü qurduqları məhkəmədə mühakimə edib Hələbin Etarib bölgəsindəki qərargahının qarşısında güllələyib.

Son olaraq Hələbin Kəfərhamra və Arifan bölgəsində İŞİD ilə Xalid Həyaninin lideri olduğu ASO-nun Bədir Şuhada qruplaşması arasında güclü qarşıdurma davam edir. Birgə hərəkət etdikləri ərazilərdə əldə etdikləri qənimətin bölüşdürülməsi üzündən başlayan gərginlik İŞİD üzvü bir dəstə sələfi qrupunun yaralanması ilə nəticələnib. Bu hücumdan sonra Bədir Şuhada üzvlərinə qarşı açıq mübarizə başlayıb. Müxalif qruplaşmaların xəbər portalları baş verən qanlı hesablaşmaya görə İŞİD-i təxribatçı və xarici kəşfiyyat orqanlarının agenti adlandırır. Bundan sonra isə qruplaşmalar arasından başlayan qarşıdurma portallara ötürülüb. İŞİD əsasən qafqazlılardan ibarətdir və mərkəzi İstanbulda yerləşən dərnəklərin veb saytları vasitəsilə qarşıdurma halında olduğu Xalid Həyani və dəstəsi haqqında məlumatlar paylaşır.

Sələfi əqidəli və əksəriyyəti xarici vətəndaşlardan ibarət silahlılardan yaranan İŞİD-in rəsmiləri Bədir Buxaha qruplaşmasının lideri Xalid Həyaninin Türkiyəyə qaçdığını söyləyir və qruplaşmanın rəhbərləri əleyhinə maraqlı açıqlamalar verirlər. Özlərinə yaxın internet saytı olan ''FiSyria''da açıqlama verən Abdul-Halim Əl-Çeçen kod adlı İŞİD nümayəndəsi bildirir: ''Bu Həyani briqadasının hekayəsi belədir. O kiçik bir qrup ilə hökumət güclərinə qarşı çıxdı və Suriya inqilabının başlanğıcında bir az səy göstərdi. İlkin zəfərlər, müvəffəqiyyətlər qazanıldı və bunlar onu öz adlarına çıxdılar.
Rüşvət almamış bir maşını belə buraxmırlar. Gətirilən meyvələri alırlar. Əgər yerli vətəndaşlar biri qoyun aparırlarsa, onu əllərindən alırlar. Yük maşınlarını soyurlar, soyundururlar. Biri ödəniş etməzsə, maşınını alıb, özünü də həbs edirlər.
Yanlarından keçənin varlı bir ailədən olduğunu zənn etdikdə, dərhal onu tuturlar. Qadınları belə həbs edirdilər. Həbsxanalarında gənc bir ailəni tapdıq - ər, arvad və 5 aylıq körpə. Yaxınları pul toplayana qədər onlar orada saxlanıldı.
Və bu pis adamlar lüks içində boğulma dərəcəsinə çatdıqları evlərdə yaşayırdılar. Biz Əsəd generallarının və nazirlərinin evlərini, villalarını gördük. Amma bu evlər Həyani və ətrafındakıların evləri ilə müqayisədə təvazökar yaşayışdır.
Nələri yoxdur ki? Nadir olan akvarium balıqları, bahalı atlar, dəvələr, avtomobillər, cins itlər, nadir xalçalar, mebellər, ləl-cəvahiratlar, antikvar silahlar.''

Qruplaşmalar arasında bu cür qarşıdurmaların yaşanacağı təbbidir. Çünki bu qruplaşmalarda toplananların heç bir əqidəvi bağları olmadığı üçün sonda sərvət uğrunda mübarizə aparacaqları aydın görünür. Nəzərə alsaq ki, son zamanlar onlara Qərbdən edilən maliyyə dəstəyi azaldılıb, onda yaxın vaxtlarda bu qruplaşmaların sadəcə bir-biri ilə döyüşəcəyi qətidir./faktxəbər/
1643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber