Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

AKP qərargahı önündə hüzr səssizliyi - Foto

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri əsasında AKP-nin təkbaşına iqtidar ola bilməyəcəyi xəbəri iqtidar partiyası mənsublarını ciddi narahat edib. Hakim AKP-nin parlamentdəki yerinin 319-dan 258-ə düşməsi, kürd HDP-nin minimal barajı aşması və 78 millət vəkili yerinə sahiblənməsi vəziyyəti dramatikləşdirib. Hazırda AKP-nin kiminlə koalisiyaya gedəcəyi sual altındadır. CHP-çilər dünyəvi dövlət tərəfdarları ilə islamçı AKP-lilərin koalisiya qurmasının mümkünsüzlüyünü iddia edirlər. MHP-çilər də dövlətə xəyanət etdiyini iddia etdikləri AKP ilə koalisiyaya getməməkdə israrlıdırlar. Yalnız HDP-nin koalisiyaya gedəcəyi istisna edilmir ki, bu da PKK lideri Abdullah Öcalandan tutmuş bir çox qəbuledilməz şərtlərin irəli sürülməsinə səbəb ola bilər. Bu isə Türkiyədə siyasi sabitliyə təhdid sayılır. Bəzi analitiklər isə seçki öncəsi deyilən çıxışlarla seçkinin nəticələri açıqlanandan sonra veriləcək qərarların üst-üstə düşməyəcəyini iddia edir. Ehtimal edilir ki, MHP HDP-nin ağır şərtlərindən yaxa qurtarması üçün AKP-yə dəstək ver və onunla koalisiyaya gedə bilər. Əsas məqam odur ki, 45 gün müddətində koalisyon hökumət qurulmazsa, bu, erkən seçkilərə gedilməsinə səbəb olacaq. Erkən seçimlər isə Türkiyədə gərginliyi artıra bilər. Hazırda partiya qərargahlarının qarşısı seçicilərlə doludur. Minlərlə tərəfdaş həm MHP, həm də CHP qərargahının qarşısına yığılıb. Lakin AKP-nin mərkəzi qərargahının qarşısı boşdur./axar/






602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı