Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

Robert Prosineçki darmadağını dəyərləndirdi

"Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik".

Bu sözləri Serbiya ilə yoxlama oyunundan (1:4) Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis bildirib ki, serblər ustalıq səviyyəsinə görə millimizdən üstün olub: "Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi. Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən - künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq. Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Noreç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”./ans/
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı