Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

“Əgər koalisiya hökuməti qurulsa, erkən seçkilərə gətirib çıxaracaq”.

Bu açıqlama ilə Türkiyənin “Star” qəzetinin yazarı Sevil Nuriyeva çıxış edib. O, bu gün Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib:

“Seçkilərin nəticələrinə görə, üfüqdə koalisiya görünür. Baxaq, kim kiminlə ittifaqa girəcək. Bu seçkilərdə MHP və HDP yüksəldi, AKP ilə CHP isə səs itirdi. Türkiyə siyasəti demək ki, CHP-yə bənzəyən HDP adlı yeni partiya qazandı. Görəcəyimiz günlər var... Əgər koalisiya hökuməti qurulsa, erkən seçkilərə gətirib çıxaracaq”.

Bildirək ki, hazırda səslərin 99,6 faizi sayılıb. Hazırkı nəticələrə görə, AKP 259, CHP 132, MHP 82, HDP 78 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı