Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

DÇ-2022 Qatardan alınacaq

Qatarın 2022-ci ildə futbol üzrə dünya çempionatı keçirmək hüququnun əlindən alınma ehtimalı çox yüksəkdir. Bu barədə ABŞ Federal Təhqiqat Bürosunun (FTB – ing. FBR) FİFA-dakı korrupsiya üzrə informatoru Fərda əl-Məcid “Daily Mail”ə bildirib.

“Qatar tərəfindən pozuntulara dair dəlillər o dərəcədə aydındır ki, FİFA-nın çempionatı keçirmək hüququnu onun əlindən alıb başqa ölkəyə verməkdən savayı yolu qalmır” – deyib xamın əl-Məcid.

Xatırladaq ki, əl Məcid 2010-cu ildə Qatarın dünya çempionatı üçün sifarişini hazırlamaq üzrə təşkilat komitəsinin üzvü olub. Hazırda o, FTB-nin şahidləri müdafiə proqramı altındadır. Bununla belə, Fərda əl-Məcid həyatına təhlükənin sovuşmadığı qənaətindədir.

“Adamlar var ki, hesab edirlər ki, mən həddən artıq çox bilirəm. Başqaları mənə nifrət edirlər ki, kartları açmışam, müsəlman qadın ola-ola informator olmuşam” – qeyd edib əl-Məcid.

Xatırladaq ki, hazırda FİFA-da korrupsiya qalmaqalı üzrə 14 nəfər həbs edilib. Lakin informatorun dediyinə görə, bu, hələ son deyil./musavat/
599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı