Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

“Mənə öldürüləcəyim deyilib”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edib. Virtualaz.org saytının məhkəmə prosesini izləyən əməkdaşı xəbər verir ki, məhkəmədə çıxış edən sabiq deputat prezident İlham Əliyevə müraciət edib.
G.Əhmədova müraciətində dələduz olmadığını deyib: “Mən dələduz deyiləm. Mən Heydər Əliyevin siyasətə gətirdiyi adam olmuşam. Bu əqidəyə və onun kursuna sadiqəm. Bu, əqidə məsələsidir. Zaman gələcək mənim günahsız olacağımı siz də biləcəksiniz. Arzum odur ki, ailəmin yanına gedim”.
G.Əhmədova müraciətindən sonra bildirib ki, ona həbsdə qalacağı və öldürüləcəyi deyilib. Sabiq deputat taleyinin Sevinc Babayevanı taleyi ilə eyni olmamasını istəyib.
Konstitusiyanın qaydalarının pozulmamasını istəyən sabiq deputat deyib: “İstəyirsiniz məni güllələyin, amma konstitusiyaya əməl edin”.
Qeyd edək ki, məhkəmə prosesi saat 15:00-da davam edəcək. Prosesin davamında G.Əhmədovaya hökm oxunması gözlənilir.
1813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber