Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

ABŞ-da həbsxanadan qaçan cinayətkarlar barədə məlumat üçün 100 min dollar veriləcək

ABŞ-da törətdikləri qətlə görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş iki cinayətkar Nyu-York ştatının Dannemora şəhərindəki həbsxanadan qaçıb.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, 48 yaşlı Riçard Mett və 34 yaşlı Devid Suet, ehtimalən, elektrik alətlər vasitəsilə ştatın ən yaxşı mühafizə olunan həbsxanalarından biri hesab edilən "Clinton Correctional Facility"nin divarını deşiblər.

“Bunlar yeni cinayətlər törətməyə qadir təhlükəli insanlardır.

Bunun bir daha baş verməməyi üçün onların bunu necə etdiklərini təfərrüatları ilə öyrənəcəyik.”, - vəziyyəti “böhranlı” adlandıran ştat qubernatoru Endryu Kuomo bildirib.

Onun sözlərinə əsasən, bu, son 150 il ərzində bu türmədən ilk qaçışdır.

Qaçış cümə günündən şənbəyə keçən gecə həyata keçirilib. Gecə ərzində kameraları bir neçə dəfə yoxlayan nəzarətçilərin qaçış halından xəbərlərinin olmamağı üçün cinayətkarlar yataqlarına bədənlərinin mulyajlarını yerləşdiriblər.

Cinayətkarlar ələ salmaq məqsədilə kameranın divarından yaxşı gün azuladıqları rəsm asmağı da unutmayıblar.

Nyu-York ştatı cinayətkarların saxlanılmağına yol açacaq informasiyanın təqdim olunmağına görə 100 min dollar məbləğində mükafat təklif edir.
476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04