Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

Seçkilər türk lirəsini "çökdürdü"

Türkiyə lirəsi ölkədəki qeyri-müəyyən siyasi vəziyyətə görə dəyərini kəskin şəkildə itirir.

İyunun 8-də türk lirəsi ABŞ dollarına nisbətdə 5,2 faiz düşüb.

İstanbul birjasında isə fond indeksinin göstəricisi 8,2 faiz geriləyib. Mərkəzi Bank lirəyə dəstək üçün xarici valyutalara depozit faizini aşağı salıb.

Ekspertlərin fikrincə, parlament seçkilərinin nəticələri maliyyə bazarına təsirsiz ötüşməyib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunun 7-də keçirilən parlament seçkilərində çoxluğu itirməsi vəziyyəti bir az da çətinləşdirib. Belə ki, indiki nəticələrə görə ölkədə təkbaşına hökuməti formalaşdırmaq mümkün olmadığı üçün, koalisiya qurulmalıdır. Bu, alınmasa və təkrar seçkiyə qərar verilsə, türk lisrəsinin dəyərini itirməsi prosesi davam edəcək./ans/
433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber