Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

Arınç siyasətdən getdi: “HDP sizin uğurunuzdur...”

“HDP-dən AKP iqtidarını yıxmaq üçün istifadə edildi”.

Bu açıqlama ilə Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arınç çıxış edib. O, aktiv siyasətdən getdiyini bildirib:

“Mən bu partiyanın qurucusuyam. 13 il ərzində AKP ilə bir çox qələbələr əldə etmişik. Dünən axşam aktiv siyasətlə vidalaşdım. Vida etdiyim gün böyük bir qələbə görmək istərdim. Təəssüf ki, belə olmadı. Kədərli olduğumu bildirmək istəyirəm. Nəticələr bizə seçkidə uğur qazananın HDP olduğunu göstərir. Dürüst qiymətləndirmə aparmaq lazımdır. İgid yıxıldığı yerdən qalxar. Çox yaxın bir zamanda AKP-nin yenidən iqtidar olma şansı yüksəkdir”.

Bülənt Arınç HDP-nin AKP-ni yıxmaq üçün qurulmuş bir layihə olduğunu bildirib:

“HDP-dən AKP iqtidarını yıxmaq üçün istifadə edildi. Ondan istifadə edənsə CHP, MHP, paralel quruluş və media oldu. İndi öz əsərləri ilə nə qədər qürur duyduqlarını görürük. Madam ki, bu üç partiyanın ittifaqı seçkidən qələbə ilə çıxıb, bunun nəticəsində Türkiyə hökumətsiz qalmamalıdır. HDP-nin uğuru sizin uğurunuzdur. Əvvəl HDP ilə koalisiya qurun. Daha sonra AKP-yə kömək et deyilərsə, biz üzərimizə düşəni edərik”./axar/
469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...