Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

Ənsarullahın Skad raketləri Səudiyyəni geri addım atmağa məcbur etdi

Yəmən ordusu və Ənsarullah qüvvələri dünən Səudiyyə Ərəbistanının Cənubi Zahran şəhərindəki hərbi qərargahına 13 raket zərbəsi endirib.
Ənsarullahın Səudiyyə Ərəbistanı ərazilərinə buraxdığı Skad tipli raketlər Ər-Riyadın geri addım atmasına səbəb olub.
Belə ki, Səudiyyə Ərəbistanın Əl-Həyat qəzeti Yəmənin istefa verərək qaçmış sabiq prezidenti Mənsur Hadinin, Səudiyyənin ona diktə etdiyi iki şərtindən vaz keçməyə məcbur etdiyini qeyd edib.
Ənsarullahın aldığı şəhərlərdən geri çəkilməsi və silahlarını təhvil verməsi şərtləri, Səudiyyənin əvəzolunmaz iki şərti kimi təqdim olunurdu. Ancaq Ər-Riyadın başlatdığı hava hücumlarından 70 gün keçməsinə baxmayaraq, bir nəticə əldə edə bilməməsi bu şərtlərdən də imtina etməsinə məcbur olduğu bildirilir.
Qeyd edək ki, şənbə günü Ənsarullah rəhbərləri bu iki şərti qəbul etməməklə birlikdə Cenevrədə keçiriləcək sülh danışıqlarına qatılacaqlarını açıqlayıblar./deyerler/
627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38