Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

Avropa dövlət başçıları İŞİD-i himayə edirlər!

Nur-az.com shia-news.com-a istinadən:
Suriya xarici işlər naziri müavini Feysəl əl-Miqdad Avropa Parlamenti tərəfindən Suriyaya göndərilən xüsusi heyətlə görüşdə bildirib ki, hal-hazırda ölkəmiz böyük miqyasda terrorizmlə qarşı-qarşıya durub və xalqımız onunla mübarizə aparmaqla başqa ölkələri də, müdafiə edir. Bununla belə, bəzi Avropa dövlət başçıları isə birtərəfli siyasət nümayiş etdirərək regionda, o cümlədən, Suriyada fəaliyyət göstərən terrorist qruplarını himayə edirlər. Amma xalqımız bu ünsürlərin qarşısında duraraq talelərini özləri həll edəcək və ölkələri ilə bağlı Avropa və ya hər hansı tərəfdən olunan amiranə diktəyə qətiyyən icazə verməyəcək. Qeyd edək ki, Avropa regionda bu münaqişəni alovlandıran Ərəbistan başda olmaqla bir sıra ərəb ölkələrinə mənafe gözünü dikərək birtərəfli mövqe yürüdür.
Ezam edilən heyətin başçısı cənab Roberto Fiyori də, bəzi Avropa dövlət başçıları tərəfindən belə halların müşahidə olunduğunu və baş verənlər barədə dünya ictimaiyyətində tamam səhv təsəvvür yaratdığını təsdiq edib. O, deyib ki, heyət elə bu ayın ortasında Brukseldə təşkil ediləcək mətbuat konfransında regionla əlaqədar dəqiq məlumat verəcək.
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23