Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

Ərəbistan 70 günlük təcavüzündən heç bir nailiyyət əldə etmədiyini bildirib!

Nur-az.com shia-news.com-a istinadən:
9 ərəb ölkəsindən ibarət “koalisiya” və Amerikanın himayəsi altında Ərəbistanın Yəmənin istefa vermiş fərari prezidenti Mənsur Hadini hakimiyyətə qaytarmaq məqsədilə bu ölkəyə təcavüzü və minlərlə günahsız insanı qətliama yetirməyinə baxmayaraq qəti şəkildə Ənsarullah xalq müqavimət hərəkatı ilə qarşılaşaraq artıq heç bir nəticə vermədiyi haqda informasiyalar Ərəbistanın öz daxilində yayılmaq üzrədir.
Hazırda Ənsarullahın öz ixtiyarındakı və eləcə də, orduya nüfuzu vasitəsi ilə əldə etdiyi silah resursu Ərəbistan qarşısında keçilməz səddə çevrilib. Bu arada Ənsarullah həmin imkandan istifadə edərək Cenevrə konfransından qabaq xüsusi mövqe qazanmaq qəsdindədir. Onların son günlərdə Ərəbistanın cənubundakı “Xəmis Məşit” hərbi hava qərargahına atdığı “Scud” raketləri böyük heyrət doğurub. Ərəbistan indiyədək Ənsarullahın tərki-silah olunduğu haqda ağız dolusu danışdığı halda, artıq onların 300-dən çox “Scud” raketlərinə malik olduğunu etiraf edib.
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.