Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Əssələmu əleykum. Hicabda çənənin altını örtmək barədə olan hökmləri bütün müctəhidlərin rəyi əsasında yazmağınızı xahiş edirəm. Allah razı olsun inşəllah.
Ad: Ölkə: Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
İmam Xomeyni, Ayətullah əl-üzma Bəhcət,Təbrizi, Xamenei, Fazil və Məkarim həzrətləri:
Çənənin altının, boğazın, qulağın, sinənin və biləyə qədər qolun yuxarı tərəfdən açıq olması qadınlar üçün icazəli deyildir və bu yerləri də naməhrəmdən örtməlidirlər.
Ayətullah əl-üzma Sistani: Çənənin alt tərəfinin adətən məqnə, yaxud rusəri (yaylıq) örtdükləri zaman adətən açıq qalan miqdardan əlavə hissələri, eləcə də boyunun, qulağın, sinənin və əllərin biləkdən yuxarı hissəsnin görünməsi qadınlar üçün icazəli deyil.
Diqqət :
Qadınlar aşağıdakı məsələlərə diqqət yetirməlidirlər:
Evdə, yaxud naməhrəmin olduğu başqa məkanlarda əgər qısa qollu paltar geymiş olsalar (hətta çadra ilə örtülmüş olsa da), yaxud əgər qolu uzun olan paltarı olsa və bir şeyi yuxarıdan götürdükdə, yaxud bir şeyi naməhrəmin əlindən aldıqda, yaxud meyvə və sair kimi şeyləri naməhrəm adamlara təklif etdikdə, yaxud naməhrəm qarşısında yemək yeyərkən, yaxud dükanlardan mal alarkən, yaxud böyük və ya ağır yükü daşıyarkən bütün bu kimi hallarda onların paltarının qolunun arxaya getməsi, yaxud qollarının və ya çadranın arxaya getməsi nəticəsində bədəninin bəzi hissələri açıla bilər və buna görə əziz qadınlar bu kimi hallara tamamilə diqqət yetirməlidirlər.
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:19