Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

FİFA Rusiya və Qatarda keçiriləcək dünya çempionatları barədə yekun qərarını verdi

FİFA Rusiya və Qatarda keçiriləcək dünya çempionatları barədə yekun qərarını verib.

FİFA bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, Rusiya və Qatar 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər:

“FİFA Rusiya və Qatarın Dünya Çempionatına ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki, FIFA-nın Rusiya və Qatarın Dünya Çempionatına ev sahibliyi etmək hüququnu ləğv etməyə heç bir qanuni əsası yoxdur".

FİFA səlahiyyətlisi Domeniko Skala verdiyi açıqlamada korrupsiya halları sübuta yetirilcəyi təqdirdə Rusiya və Qatarın ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə biləcəyini demişdi.
659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:29