Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

24 min Rusiya hərbçisi Ukrayna sərhədində

Ukraynanın müdafiə naziri Stepan Poltorak ölkənin şərqində 42 500 separatçı və Rusiya əsgəri yerləşdirildiyini bildirib.

Nazir onların ixtiyarında 558 tank, döyüş maşınları, artilleriya sistemləri və digər silahlar olduğunu qeyd edib.

Poltarak bu barədə Ukrayna-NATO Parlamentlərarası Şuranın Kiyevdə keçirilən görüşündə bildirib. O, həmçinin hazırda Krımda 24 min Rusiya hərbçisi olduğunu bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftə ölkə ərazisində 9 mindən çox Rusiya qüvvəsi olduğunu bildirmişdi. Kiyevlə Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir./ans/
528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber