Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Gəncə sakinləri natəmiz su ilə təmin edilir

Sakinlər təmiz suyun vedrəsinin 20 qəpiyə satıldığını bildirir

“Azadlıq”a məktub göndərən Gəncə şəhəri, Ozan küçəsi 70-də yaşayan Rahib Həsənov qəzet vasitəsilə prezident Ilham Əliyevə müraciət edir. Baş Prokurorluq və Gəncə Şəhər Icra Hakimiyyətinə də üz tutan şikayətçi məktubunda yazır:
“Mən aldığım təqaüdlə çox çətinliklə dolanıram. 2010-cu ildən su pulu ödəmirəm. Ona görə ki, şəhər su təchizatı tərəfindən verilən su olduqca keyfiyyətsiz və xəstəlik mənbəyidir. Sakinlərdən isə təmiz su adıyla pul alınır. Maraqlıdır ki, şəhərdə 100-ə yaxın su maşını küçələrdə vedrəsi 20 qəpiyə sakinlərə təmiz su satır. Həmin maşınlarda satılan suyun şəhər su təchizatı idarəsi müdirinə dəxli olmadığı bildirilir. Lakin bununla belə, idarə sakinlərə verdiyi natəmiz su üçün təmiz su adıyla pul alır. Göründüyü kimi, şəhərdə iki su təchizatı idarəsi fəaliyyət göstərir. Biri işinin öhdəsindən gəlməyən idarə, digəri də ona məlum olmayan başqa bir qurum. Borcumla əlaqədar su təchizatı idarəsinin müdirinə, şöbə müdirinə məni məhkəməyə vermələri və işin orada araşdırılmasını bildirmişəm. Lakin onlar suyumu kəsməklə hədələdilər. Onlar bilmir ki, vətəndaşların suyunu, qazını və işığını kəsməyə ixtiyarları yoxdur? Xahiş edirəm, bu məsələni araşdıraraq şəhər sakinlərinə kömək edəsiniz”.
514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber