Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Kılıçdaroğludan koalisiya mesajı: "AKP-yə yer yoxdur"

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu "hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə -CHP koalisiya olarmı" sualına "Xalq razılaşın deyir, amma bu tablonun içində AKP yoxdur" cavabını verib.

Kamal Kılıçdaroğlu CNN Türk-ün Ankara təmsilçisi Hande Firata verdiyi bəyanatda ehtimal olunan koalisiya şərtlərini qiymətləndirib: "Seçkilər yeni bitdi, Türkiyə sürətlə seçki atmosferindən xilas edilməli. Liderlər ağıllı davranmalı, Türkiyə hakimiyyətsiz buraxılmamalıdır.

Xalqın mesajı çox açıqdır. Oturun, razılaşın. Türkiyənin problemlərini həll edin deyir. Tək partiya hökuməti çözməkdə yetərsiz qaldı. Xalq razılaşın deyir, amma bu tablonun içində AKP yoxdur".

Kılıçdaroğlunun sözləri CHP-nin Milliyyətçi Hərəkat Partiyasının (MHP) və Xalqların Demokratik Partiyası (HDP) ilə birlikdə koalisiya qurması və ya MHP-nin - HDP-nin kənardan dəstəklədiyi bir azlıq hökuməti şərhini gündəmə gətirib. CHP-nin mövcud vəziyyətdə 132 deputatı var. Hökumət qurmaq üçünsə 276 deputat lazımdır.

MHP-nin lideri Dövlət Bağçalı isə dünən verdiyi bəyanatında koalisiyada yer almayacaqları mesajını vermişdi.
497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:54