Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

İŞİD qızları “su qiymətinə” satır

İŞİD terrorçuları İraqda və Suriyada ələ keçirdiyi yeniyetmə qızları qul bazarlarında “su qiymətinə” satır.

Bu barədə BMT-nin cinsi zorakılıq üzrə nümayəndəsi Zainab Bangura bildirib.

O, apreldə İraq və Suriyaya səfəri zamanı silahlı qruplaşmanın əsir götürdüyü 8 min qıza qarşı dəhşətli cinsi zorakılıqla bağlı faktın aşkarlandığını və bununla bağlı fəaliyyət planı üzərində işlədiyini deyib.

Onun sözlərinə görə, xarici döyüşçülərin cəlbi üçün qızların oğurlanması İŞİD-in strategiyasının əsas hissəsinə çevrilib. Qruplaşma son 18 ay ərzində İraq və Suriya boyunca xeyli irəliləyib. Onlar gəncləri bu sözlərlə cəlb edirlər – sizi gözləyən qadınlar var, bu bakirə qızlarla evlənə bilərsiniz. Beləliklə, onlar əraziləri tutanda qadınları oğurlayır, ələ keçirirlər, indi onlarda yeni qızlar var.

Z.Bangura bildirib ki, onlar qızları “su qiymətinə” satırlar. Ən yaxşı halda isə onlara bir neçə yüz dollardan min dollaradək qiymət qoyurlar.
589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:0