Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

“Hakim dairənin maraqları ölkə maraqları ilə fərqlidir”

Zərdüşt Əlizadə: “Hakim dairənin maraqları ölkə maraqları ilə fərqlidir”

Artıq Vilnüs sammiti başa çatdığından verilən qərarlar və seçilən istiqamətlər bəlli olub. Avropaya inteqrasiyadan imtina edən Azərbaycan, Ermənistan və Ukrayna müxtəlif qərarlar veriblər. Ermənistan Gömrük İttifaqı, Ukrayna və Azərbaycan isə hələ ki, müstəqil irəliləmək qərarlarını veriblər. Amma maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın verdiyi qərar ciddi müzakirələrə səbəb olmadı. Hətta Avropa belə bu qərara sərt reaksiya vermədi. Avropanın ciddi cəhdlə Azərbaycanın Avropaya inteqrasiyasını arzuladığı və dəfələrlə buna vurğular etdiyinə baxmayaraq, qərar bir o qədər də ciddi reaksiyalarla müşahidə olunmadı.

Bu barədə Deyerler.Org-a fikirlərini bölüşən politoloq Zərdüşt Əlizadə bildirib ki, hakim dairələrin maraqları odur ki, Azərbaycanı təkbaşına və heç kimlə hesablaşmadan idarə etsinlər: “Avropanın yeni qonşuluq siyasəti adlanan proqramında Azərbaycan yeganə ölkədir ki, Avropa ilə əməkdaşlığa gedirdi, amma Avropa ilə daha sıx inteqrasiya sənədini imzalayacağına söz verməmişdi. Azərbaycan bir neçə il öncədən demişdi ki, Avropa ilə inteqrasiya müqaviləsi hazırlamır. Bu baxımdan əvvəlcədən bildirilmiş bir məsələ heç kəsdə sual doğura bilməzdi. Amma Ermənistan, Ukrayna, Moldova, Gürcüstan istəyirdi. Bu baxımdan Ukrayna və Ermənistanın Avropaya inteqrasiyadan imtinası geniş əks səda doğurdu.

Sadəcə Avropa Birliyi və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi haqqında söhbət gedirdi. Bu sənədi də Azərbaycan tərəfi imzaladı. Bir şeyi bilmək lazımdır ki, hakim dairənin maraqları ölkə maraqları ilə fərq edir. Hakim dairələrin maraqları odur ki, Azərbaycanı təkbaşına və heç kimlə hesablaşmadan idarə etsinlər. İdarəetmə isə bunlar üçün sadəcə neft, qaz pullarının ciblərinə axıdılmasını təmin etməkdir”.
1783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber