Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Rusiyadan Ermənistana ən yeni zenit raket sistemləri

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) raketdən vahid müdafiə sisteminin yaradılması barədə qəbul edilən qərar çərçivəsində Ermənistanda olan havadan müdafiə sistemlərini yeniləyir.

Bu barədə Rusiyanın “Vozduşno kosmiçeskaya oborona” jurnalı Müdafiə nazirliyində olan mənbələrinə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, KTMT ümumi havadan müdafiə sistemi tam yaradılmayıb və bundan irəli gələrərk Ermənistan və Qazaxstanda Zenit Raket qüvvələrini gücləndirmək lazımdır.

Jurnal buna təsdiq olaraq 2014-cü ilin noyabrında RF baş qərargah rəisi general Gerasimovun dediyi sözləri gətirir. O bildirib ki, bu gün üçün regional havadan müdafiə sistemi yalnız Şərqi Avropa yönündə Belarus respublikası ilə qurulub. Digər iki – Qafqaz (Rusiya - Ermənistan) və Mərkəzi Asiya (Rusiya - Qazaxstan) yönlərində birgə havadan müdafiə sistemlərini hələ qurmalıyıq.

Jurnalın yüksək çinli mənbəsi bildirir ki, buna görə də Ermənistan və Qazaxstanda hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi qərarı verilib. İlk növbədə bu ölkələrdə Rusiyaya aid S-300PS zenit raket sistemləri S-400 sistemləri ilə əvəz olunacaq.

Qeyd edək ki, təşkilat üzvləri (Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) arasında raket və hava hücumlarından vahid sistem qurulması barədə qərar hələ 2012-ci ildə qəbul olunub./ans/
563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26