Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Göyçayda icra başçısının qohumu “qoçu”luğunu davam etdirir

Göyçayda yeni icra başçısının təmir-tikinti işlərinə başlaması, yolları gediş-gəliş üçün normal hala gətirməsi sakinləri sevindirir. Amma gələn məlumatlar onu deməyə əsas verir ki, başçının qohum-qardaşının rayonda etdikləri onun yaxşı əməllərinin üstündən xətt çəkir.

Ötən saylarımızdan birində “İcra başçısının avtoş bacısı oğlu Qarabağ veteranını ölümünə döydürüb” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Mübariz Ağayevin bacısı oğlunun keçmiş polis işcisi və Qarabağ döyüşcüsü Vüqar Musəviyə məxsus evə basqın edib onu döyməsindən söhbət açılırdı. Redaksiyamıza daxil olan yeni məlumatlardan belə anlaşılır ki, Mübariz Ağayev başcı təyin olunandan sonra onun qohumlarının özbaşınalıqları bununla bitmir. Onun “Paşa sığorta” şirkətində işləyən Ağamir adlı bacısı oğlu Göyçay Rayon Yol Polisi Şöbəsinin Müslüm adlı işcisini və bir neçə Post Patrul Xidməti əməkdaşlarını 6 nəfərdən ibarət “qoçu” dəstəsi tərəfindən döydürüb. Məlumata görə, Vüqar Musəvini də döyən Ağamirin Cavid adlı qardaşıdır. Qaynağımız deyib ki, Qarabağ döyüşçüsünə, qadına əl qaldıran başçının bacısı oğlu və onun “qoçu”ları haqda tədbir görülmür.

Onlar bu gün də rayonda sərbəst gəzirlər. Bu işin digər bir ucu da Göyçay Olimpiya İdman Kompleksinin müdiri olan M.Ağayevin qardaşı oğluna gedib çıxır. Məlumata görə, başçının bacısı və qardaşı övladlarının gözlərinə xoş görünməyənləri həmin kompleksdə gəzib dolaşan, məşq edən “qoçu”lar döyür. Bu gün Göyçay ictimayyətini haqlı olaraq bir sual düşündürür: həmişə prezidentin nümayəndəsi olduğunu vurğulayan M.Ağayev, deyəsən, prezidentin harınlamış məmur balaları və qohumları haqda dediyi sözləri unudub. “Biz göyçaylılar inanırıq ki, M.Ağayevin təkidinə baxmayaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu cinayətlərin üstünün bağlı qalmasına imkan verməyəcək” - deyə rayon sakinləri bildiriblər./mediaxeberleri/
618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...