Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

CHP-də kütləvi istefa

Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda 7 məclis üzvü CHP-dən istefa verib.

Musavat.com-un məlumatına görə, istefa verənlərdən biri Çakırhüyük Bələdiyyəsinin sədri Mithat Çətindir. M. Çətin CHP-nin seçkilərdə uğur qazana bilmədiyini qeyd edərək deyib: “Öz məmləkəti Tuncelidə belə iki millət vəkili HDP-dən seçildi. Partiyamızın sədri uğur qazana bilmir. CHP-yə zərər vermək istəmərəm, amma partiyadan istefa verirəm.

Parlament seçkilərində uğur qazana bilmədiyimiz üçün 6 maclis üzvü ilə birlikdə CHP-dən istefa veririk”.

M. Çətin bundan sonra bitərəf olaraq fəaliyyətlərinə davam edəcəklərini bildirib.
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
14.12.17, 09:13